PKK Kərkükdə at oynadır: Terrorçularla İsrailin iş birliyi

Baxış sayı:
2620

İraqın Türkmən şəhəri Kərkükdə PKK varlığı artır. Mosulda İŞİD işğalı bəhanəsi ilə 2014 ildən bəri bölgəyə terrorçu göndərən PKK, İraqın şimalındakı varlığını İsrailin də dəstəyi ilə yeni bir mərhələyə qaldırıb.
 
Sadəcə Kərkük şəhərinin mərkəzində 6 ayrı ofisi yerləşən terror təşkilatı, şəhər ətrafındakılarla birlikdə onlarla əlaqə idarəsinə sahibdir. Yerli mənbələrə görə, söz mövzusu PKK büroları, "Əl Aman” adı altında fəaliyyət göstərən İsrail şirkətləri üzərindən maliyələşdirilir.
Terror təşkilatı isə bu şirkətlərin təhlükəsizliyini təmin edib, onlara fasiləsiz informasiya axını yaradır. İraqın şimalında Qəndildən başqa, yeni məskunlaşma mərkəzləri arayan PKK, Sincar və Mahmurdan sonra Kərkük-ün cənubundakı Tuzhurmatu və Dakukta da hərbi qərargahlar yaradıb.
 
İSRAİL ZABİTLƏRİ ORADA
 
Kərkük ətrafındakı PKK düşərgələrində terrorçulara İsrailli zabitlər bomba, silah və təxribat təlimləri verir. Yeni hücum strategiyasını insansız hava vasitələri üzərində quran təşkilata texniki dəstək İsraildən gəlir.
İraq Türkmən Cəbhəsinin Təşkilat üzrə məsulu Məmməd Səmanın, "İsrail sayəsində terror təşkilatı, regionda istədiyi kimi at oynadır. Sionistlər, "İraqlı iş adamı görünüşü altında bölgə xalqını aldadaraq ən məhsuldar əraziləri satın alır. Tarixi abidə və qalalarda qeyri-qanuni qazıntılar aparılır. Ön araşdırma və kəşfiyyat fəaliyyətindən sonra yüzlərlə tarixi əsər PKK-nın köməyi ilə İsrailə köçüb" - deyib.
Bölgədə ard-arda kilsələrin açılmasına da diqqət çəkən Səmanın, "Müsəlmanlar sürətlə Xristianlığa dönür. Bölgə sakinləri Xristian olmaqla, Avropaya sığınacaq verilməsi üçün icazə kağızı alır. Kim Xristian olmuşsa, miqrasiya sənədləri asanca hazır edilir. Daha sonra bu insanlar Avropaya göndərilir" deyə söyləyib.
Müxalifət.az