Rus professor ABŞ-ın Suriya qərarını şərh etdi
22-11-2018 20:25
Baxış sayı:
10339

ABŞ Suriyanın şimalında müşahidə məntəqələri yaratmaqla bu ölkədə hərbi təsirini qorumağı hədəfləyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı professor Vladimir Batyuk deyib.
“ABŞ hərbi qüvvələrinin Suriya hökumətinin icazəsi olmadan bu ölkədə mövcudluğu onsuz da beynəlxalq hüquqa ziddir. ABŞ bu ərəb ölkəsində nəyin bahasına olursa-olsun varlığını qorumağa çalışır”, - deyə professor bildirib.
Qeyd edək ki, dünən Pentaqon rəhbəri Türkiyənin narahatlıqlarından dolayı Suriyanın şimalında müşahidə məntəqələrinin yaradılacağını açıqlamışdı.