Xarici attaşelər Azərbaycanda hərbi hissəni ziyarət etdi
22-11-2018 19:26
Baxış sayı:
10237

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, 17 dövləti təmsil edən hərbi attaşelik aparatının 20 nümayəndəsinə hərbi hissə və terminal barədə brifinq təqdim olunduqdan sonra onlar ərazi ilə tanış olublar.