“Həmas” İsrail casuslarını ifşa etdi: BÖLGƏYƏ SIZMALARINI ƏNGƏLLƏDİ
22-11-2018 18:21
Baxış sayı:
10333

İsrailin kəşfiyyat təşkilatı Mossad-ın Qəzzanın Hanyunus bölgəsinə sızmağa çalışdığını, ancaq uğursuz olduğunu ortaya qoyan “Həmas”, Fələstinli cildinə girərək Qəzzaya girməyə çalışan İsrail casuslarını ifşa edib.
İsrail casuslarının Qəzzaya sızma təşəbbüsünü əngəlləyən “Həmas”, Mossad casuslarının fotoşəkillərini dərc edib.
Bəziləri qadın cildinə girən İsrail əsgərləri 11 noyabrda “Həmas” liderlərinə sui-qəsd üçün Qəzzaya sızıb.
Tezliklə tapacağıq
“Həmas”, Qəzza və Fələstin xalqına müraciət edərək bu insanlara diqqət etməsi lazım olduğunu söyləyib və əlavə edib:
“Söz veririk ki, casusları tezliklə tapacağıq".
Müxalifət.az