Çavuşoğlundan “Camal Qaşıqçı” açıqlaması

Baxış sayı:
9838

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Camal Qaşıqçı cinayətinə münasibət bildirib.
 
Qaşıqçı cinayəti ilə bağlı verilən suala, Çavuşoğlu, "Cinayəti törədənlər Türkiyədə də mühakimə olunmalıdır” deyə cavab verib.
“Həqiqi məsuliyyətlilər ortaya çıxmalıdır. Bu günə qədər Səudiyyə Ərəbistanından ziddiyyətli açıqlamalar verildi. Səudiyyə Ərəbistanının əməkdaşlıq təkliflərini qəbul etdik. İş birliyindən nə gözlədiyimiz mühümdür. İş birliyindən gözləntilər sadəcə bizdən məlumatlar almaq, dəlillər qəbul etməkdirsə, bu doğru deyil. Əməkdaşlığın məqsədi ayrı-ayrı araşdırmalar apararaq məlumatı bölüşməkdir. Səudiyyə Ərəbistanı tərəfindən heç bir məlumat verilmədi. 3 məruzəçinin BMT baş katibliyinə müstəqil istintaq çağırışı göndərməsi vacibdir. Biz bundan sonra Səudiyyə Ərəbistanı başda olmaqla, hamı ilə iş birliyinə varıq”.
Müxalifət.az