Abel Məhərrəmovun şərab çəlləklərində daha kimlər “boğulacaq”? – KEÇMİŞ REKTOR HAQQINDA ŞOK XƏBƏRLƏR
Və yaxud maliyyə naziri Samir Şərifov haqda iddia: “Sərvəti Fazil Məmmədov, Eldar Mahmudov, Ziya Məmmədovdan da çoxdur”

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Beləliklə, 12-18 Noyabr 2018-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov olub. Onun barəsində “Abel Məhərrəmov bu sensasion səbəbə görə işdən çıxarılıb”, “"Abel Məhərrəmov, etdiyin pislik sənə qaldı" - Politoloq”, “Abel Məhərrəmov erasının biabırçı sonluğu - rektor özünü necə yandırdı…”, ““Abel Məhərrəmov konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi”, “Şərabın qurbanı olan azərbaycanlı məmurlar - İçki onların evini yıxdı”, “Məhərrəmovların Madriddəki şərab biznesi – FOTO-VİDEO”, “Abel Məhərrəmovun “piyan” çıxışı harda olub? - Hələ o video yayılmayıb”, “ABEL MƏHƏRRƏMOVUN ŞƏRAB ÇƏLLƏKLƏRİNDƏ DAHA KİMLƏR BOĞULACAQ?”, ““Abel Mendoza” şərabı və bizim abel… – Rektor və səfir oğlu necə şərab biznesmeni oldu?”, “Abel Məhərrəmov necə çıxdaş edildi?.. - İDDİA”, “BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?” başlıqlı 11 məqalə ümumilikdə 21 elektron KİV-də işıqlandırılmışdır.
Elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov “Əbülfəs Qarayev Samir Şərifova cavab verdi - Nazirlər arasında gərginlik”, “Samir Şərifovun da durumu gərgindir... - Dəyişiklik gözlənitisi”, ““Samir Şərifovun sərvəti Fazil Məmmədov, Eldar Mahmudov, Ziya Məmmədovdan da çoxdur”” başlıqlı 3 məqalənin 11 elektron KİV-də yayılması ilə tutur.
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Əli Həsənovla bağlı ŞOK MƏLUMAT - 2 milyard manat mənimsəyib”, “Əli Həsənovla bağlı şok iddia: milyard manat mənimsəyib - "Qaçqınkom"da müdhiş maxinasiyanın üstü açılıb”, “ƏLİ HƏSƏNOVUN DAHA BİR KADRI “VURULDU” – “Qaçqınkom”un sabiq sədrinə qarşı yeni ittihamlar”, “Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır””, “Qaşkınkomda Yoxlama - Əli Həsənov 2 milyard manat mənimsəyib” başlıqlı 5 məqalənin 10 elektron KİV-də yayılması ilə Baş nazirin müavini Əli Həsənov tutur.
Muxalifet.az