Terrorçu təcavüz əmrinin haradan gəldiyini etiraf etdi

Baxış sayı:
8038

Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-dən qaçaraq Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu, YPG-PKK arasında iş birliyini nəql edib.
 
Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kilis-də 25 sentyabrda təhlükəsizlik qüvvələrinə təslim olan və fəal “peşmançılıq qanunundan” istifadə etmək üçün ifadə verən terror təşkilatı YPG/PKK  üzvü K.D.-nin ifadəsinin detalları ortaya çıxıb.
Terror təşkilatı PKK-ya Mardinin Kızıltəpə rayonunda qatıldığını, sonra Suriyaya keçdiyini və YPG/PKK bazasında təxminən 2,5 il müxtəlif bölgələrdə fəaliyyət göstərdiyini ifadə edən K.D, peşman olaraq təhlükəsizlik qüvvələrinə təslim olduğunu söyləyib.
Afrinin terror təşkilatı YPG-nin işğalında olduğu dövrlərdə sözdə səhra komandiri tərəfindən idarə edildiyini, bu adamın isə Qəndildəki üst rəhbərliklər və Amanos dağlarındakı sözdə səhra komandirləri ilə əlaqədə olduğunu bildirən K.D, bunları qeyd edib:
“Sahə komandanı Afrində yerləşirdi və 4 batalyonun nəzarətini buradan təmin edirdi. Səhra komandiri, Qəndil və Amanos səhra komandirləri ilə Afrinin mərkəzindəki kəşfiyyat mərkəzindən əlaqə saxlayırdı. Səhra komandirinin keçirdiyi görüş haqqında məlumatımız olmurdu. Amanos sahəsində 50-60 nəfərlik PYD-YPG/PKK ünsürünün olduğunu bilirəm, ancaq hansı bölgədə yerləşdiklərini bilmirəm. Afrin sahəsində xidmət edən PYD-YPG/PKK-nın bir çox hərbi heyət, bura təhlükəli olduğu üçün Amanos sahəsinə getmək istəyirdi. Amanosa gediş gəlişlər və rabitə, səhra komandiri tərəfindən çox gizli bir şəkildə aparılırdı".
 
"İŞİD-çı terrorçular ilə PKK-lı mübadilə edildi
 
Etirafçı terrorçu K.D, “Suriyadakı YPG düşərgəsində olduğum dövrdə hər hansı bir silahlı aksiyada iştirak etmədim, ancaq Münbiç həmləsi zamanı tabor komandiri sürücüsü olduğum üçün avtomobillə cəbhəyə sursat daşıdım. Bu prosesdə ABŞ və PKK düşərgəyə silah və sursat dəstəyi təmin etdi, ayrıca şəhərciyin maddi və qida ehtiyacı da PKK-nın səhra komandiri tərəfindən təmin edilib" deyib.
Terror təşkilatı YPG-nin əlindəki İŞİD-çıI terrorçuların PKK-lılarla mübadilə edildiyini bildirən K.D, "Təşkilatdan qaçmadan 3 həftə öncə sahə komandirimiz, Murad Qarayılan və Cəmil Bayıkın apardığı bir toplantıda iştirak edib. Afrinə dönən kimi, bütün briqada və batalyonlara gələrək toplantı keçirib. Bu iclasda Qəndilin hərəkət əmri verdiyini dedi və bizə sərhəddə yerləşən Türk məntəqələrinə təcavüz tərzində hərəkət etmək əmrini verdi. Mən təşkilatdan qaçmadan əvvəl Türk məntəqələrinə aksiya üçün hazırlıqlar başlamışdı" deyə qeyd edib.
Müxalifət.az