Türkiyəyə daha bir S-400 təhdidi!

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Erik Pahon, Konqres ilə Türkiyəyə Rus S-400 raket əleyhinə müdafiə sisteminə alternativ olaraq nə təqdim edə biləcəklərini müzakirə etdiklərini deyib.
Erik Pahon, "Konqresə 9 noyabrda Türkiyəylə əməkdaşlığa dair hesabatımızı təqdim etdik. Hesabatda Türkiyə ilə münasibətlərimizə hərtərəfli baxılması lazım gəldiyi bildirilir. Türkiyə ilə S-400-ə alternativlər mövzusunda diplomatik danışıqlar aparırıq. Konqres ilə S-400-ə alternativ tapması üçün kömək edirik" deyib.
Pahon, Türkiyəyə Rus müdafiə sistemlərinin satın almasının ikitərəfli münasibətlər üçün ciddi nəticələri olacağını bildirdiklərini də vurğulayıb və S-400 satın alınması bir çox nəticələr doğuracaq" deyə Türkiyəni təhdid edib.
Qeyd edək ki, ABŞ, S-400 satın aldığı təqdirdə Türkiyəyə F-35-ləri təslim etməyəcəklərini bildirmişdi.
Müxalifət.az