Azərbaycanda baş verən DƏHŞƏTLİ YOLL QƏZASININ görüntüləri yayıldı – Video
20-11-2018 16:13
Baxış sayı:
10102

Hacıqabul rayonunda yol qəzası baş verib.
hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 99 XV 888 dövlət nömrə nişanlı “Dodge” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Aybəniz Ağalar qızı Bayramova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik adı açıqlanmayan sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Əldə etdiyimiz məlumata görə, hadisəyə səbəb yük maşını olub. Faktla bağlı araşdırma aparılır.