Millətlər Liqası: Dünya ikincisi məğlub oldu

Baxış sayı:
1639

UEFA Millətlər Liqasının qrup mərhələsində İngiltərə və Xorvatiya milliləri üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, matç ingilislərin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun 57-ci dəqiqəsində Andrey Kramariç son Dünya Çempionatının finalçısı Xorvatiyanı önə keçirib. İngiltərə bu qola 78-ci dəqiqədə Linqard ilə cavab verib. 7 dəqiqə sonra isə Herri Keyn qələbə topunu vurub.
Günün digər maraqlı matçında isə saat 23:45-də İsveçrə və Belçika yığmaları üz-üzə gələcəklər.