BNA-dan qalmaqallı video ilə bağlı açıqlama: "Dəmir yolu işıqforu işləməyib"

Bakı Nəqliyyat Agentliyi 160 saylı marşrut xətti ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat katibi Mais Ağayev hadisəyə dəmiryolunun işıqforunun işləməməsinin səbəb olduğunu deyib: “17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və şlaqbaumun avtobusun üzərində olması ilə bağlı video görüntü yayılıb. Əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq son anda dayandığını ehtimal edirlər.
Qeyd edək ki, bir müddət əvvəl 160 saylı marşrut avtobusu qatarla toqquşub və 3 nəfər həlak olub, xeyli insan yaralanıb./publika.az