Partiya üzvləri ARASINDA ATIŞMA: 4 ölü, 50 yaralı
17-11-2018 08:08
Baxış sayı:
3118

Banqladeşdə parlament seçkiləri öncəsi iqtidar partiyası olan Avami İttifaqına daxil olan iki qrup arasında mübahisə düşüb.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mübahisənin böyüməsindən sonra düşən silahlı davada 4 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
Davanı ayırmaq üçün əraziyə əlavə polis qüvvələri cəlb edilib.
Mübahisənin səbəbi hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Banlqadeşdə seçkilər 30 dekabrda keçiriləcək.