Merkel və Makrona Avropa ordusu zərbəsi – HOLLANDİYA ƏLEYHİNƏDİR

Muxalifet.az xəbər verir ki, Hollandiyanın müdafiə naziri Anna Feodora Bernardina Bicleveld-Şuten deyib: “Suverenlik məsələsi ilə əlaqədar Avropa ordusu qurulmasının tərəfdarı deyilik. Hollandiya öz ordusunun yerləşdirilməsinə əvvəlki kimi özü məsul olacaq. Bizi öz ordumuz maraqlandırır. Bu təklifə qarşı olan tək biz deyilik, bir çox ölkələr də vahid Avropa ordusu qurulmasında qarşıdırlar. Bizim ölkə olaraq tək bir ordumuz var. Ordumuz lazım gəldiyi zaman NATO və Avropa İttifaqı ilə birlikdə çalışır, lakın onlardan asılı deyil. Ordumuz NATO əməliyyatlarına daxil olur, lakin bu, bizim qərarımızla mümkün olur”.
Hollandiyanın müdafiə naziri ölkəsinin hökumətinin Avropa ordusunun qurulmasına qarşı olduğunu söyləyib.
O, parlamentdəki çıxışı zamanı Fransa prezidenti Emmenuel Makron ilə Almaniyanın baş naziri Angela Merkelin Avropa ordusu qurmaq ideyasına mənfi münasibət bildirib. Aİ-nin müdafiə sahəsində əməkdaşlığının tərəfdarı olduğunu söyləyən Bijleveld belə bir əməkdaşlığın NATO-nu daha da gücləndirəcəyini sözlərinə əlavə edib.