Gürcüstan-Rusiya yolu bağlandı
15-11-2018 23:34
Baxış sayı:
3796

Gürcüstanla Rusiyanı birləşdirən hərbi dəhliz yolu əlverişsiz hava şəraiti səbəbindən bağlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Şimali Osetiyanın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Bildirilib ki, Moskva vaxtı ilə saat 19:30-dan etibarən sözügedən yola bütün növ nəqliyyat vasitələrinin girişi qadağan edilib.