ABŞ qəzeti yazdı: Vəliəhd bin Salman üçün təhlükəli iki nəfər

Baxış sayı:
2497

ABŞ-ın “New York Times” qəzeti, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hakimiyyəti və siyasəti üzərində təsirli olduğunu iddia etdiyi iki yaxın müşavirinin portretini səhifələrinə daşıyıb.
 
"Səudiyyə şahzadəsinin yüksəlişində iki sadiq havadar" başlıqlı məqalədə, Səudiyyə vəliəhd şahzadəsinin iki yaxın dostu, Səud əl Katani ilə Turku əl Şeyxin, Səudiyyə şahzadəsi və icraatları üzərindəki təsirini qiymətləndirilib.
Səudiyyə xanədanı üzvlərinin belə Əl Katani və Əl Şeyxdən qorxduğu qeyd edilən məqalədə, bin Salmanın xanədan içində çevriliş edib, hakimiyyətə gəlişində, korrupsiya araşdırması adı altında kral ailə üzvləri və Səudiyyənin zəngin iş adamlarının Ər-Riyaddakı Rits-Karlton otelində nəzarətdə tutulmasında, Livanın baş naziri Saad Haririnin Səudiyyə Ərəbistanında saxlanılaraq istefaya məcbur edilməsində, Qətər və Kanada ilə münasibətlərdə baş verən siyasi gərginliklərdə bu iki şəxsin mühüm rol oynadığı iddia edilib.
Məqalədə, Vaşinqtondakı Ərəb Körfəz Dövlətləri İnstitutunda tədqiqatçı işləyən Kristin Smit Diwanın sözlərinə yer verilib. Diva, o şəxslər haqda bunları deyib: “Sözügedən iki müşavir vəliəhd şahzadəyə ən yaxın şəxslərdir. Bin Salmanın ən yaxın siyasi havadarları, daxildə və xaricdə “Səudiyyə öncə gəlir” mövqeyinin yeni üzləridir".
 
QAŞIQÇI-nın MÜSAHİBƏSİ
 
İstanbul Baş Konsulluğunda öldürülən Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın, “Newsweek”-də yer alan bir müsahibəsində, bin Salmanın Əl Şeyx və Əl Katani-dən başqa siyasi müşavirinin olmadığı, bu adamların da vəliəhd şahzadə üçün təhlükəli adamlar olduğuna diqqət çəkdiyi bildirilən məqalədə, Qaşıqçı-nın bu iki şəxsi "Çox ehtiraslı, insanların qorxduğu, onlara qarşı gələnləri həbsə atdıran adamlar" kimi təqdim etdiyi qeyd olunub.
Məqalədə, xüsusilə Qaşıqçı-nın öldürülməsindən sonra bin Salmanın "qorxusuz siyasəti" üzərindəki təsirləri baxımından gözlərin Əl Katani və Əl Şeyxə çevrildiyinə diqqət yetirildiyi, ancaq Qaşıqçı qətlindən sonra həbs olunduğu bildirilən 18 şəxs arasında olmadıqları məlumatı da verilib.
Müxalifət.az