​“Vikipediya”da Qarabağda şəhid olan Axıska türklərinin - Siyahısı

Baxış sayı:
8341

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da “Qarabağ müharibəsində şəhid olan Axıska türklərinin siyahısı” adlı məqalə hazırlanıb.
MEK-dən bildiriblər ki, məqalədə Qarabağda şəhid olan Axıska türklərinin adları və döyüş yolu haqqında məlumat verilib. Məqalə yazar Mövlud İşıkın “Axıskalı şəhidlər” kitabı əsasında hazırlanıb.
Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.
Qeyd edək ki, bu gün 1944-cü ildə Axıska türklərinin öz doğma torpaqlarından sürgün olunmasından 74 il keçir.