Trampdan Səudiyyə Ərəbistanı qərarı: Adını açıqladı

Baxış sayı:
6394

ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına səfir göndərmək üçün öz namizədini açıqlayıb. Bu vəzifəyə təqaüddə olan bir hərbçi Con Abizaidi namizəd göstərib.
 
Ağ Evdən edilən yazılı açıqlamada, Trampın Səudiyyə Ərəbistanı səfirliyinə namizədinin Abizaid olduğu bildirilib.
Con Abizaidin ABŞ Mərkəzi Qüvvələr Komandanlığında (CENTCOM) ən uzun müddətli xidmət etmiş hərbçi olduğu vurğulanan açıqlamada, təqaüdə çıxandan sonra bəzi beyin mərkəzlərində terrorizmlə mübarizə sahəsində məsləhətçi olaraq işlədiyi bildirilib.
ABŞ Hərbi Akademiyasından məzunu olan Abizaid, magistraturanı isə bu ölkənin ən hörmətli universitetlərindən biri qəbul edilən Harvad Universitetində Yaxın Şərq İşləri Bölümündə tamamlayıb.
Abizaidin rəsmən elçi təyin olunması üçün Senatın təsdiqindən keçməsi lazımdır.
Müxalifət.az