Erməni terrorçu Səfilyana Ermənistan vətəndaşlığı verilmədi

Bununla Jirayr Səfilyan parlament seçkilərində iştirak etmək hüququndan məhrum olub. Erməni quldur, Şuşa və Kəlbəcərin işğalında dəstələrə rəhəbrlik edən Jirayr Səfilyana ön tarixlə (yəni 2-3 ay öncədən) vətəndaşlıq verilməkdən imtina edilib.
Erməni mediası xəbər verir ki, Səfilyanın mənsub olduğu “Sasna tsrer” partiyasının mətbuat katibi Ermine Mkrtçyan hələ avqustun 1-dən bununla bağlı baş nazir Nikol Paşinyana müraciət etdiklərini söyləyib. Lakin baş nazirliyin mətbuat xidmətinin rəhbəri
Eduard Ağacanyan məsələnin məhkəmə qaydasında həll olunması gərəkdiyini ifadə edib. Bununla əladar radikal millətçi “Sasna tsrer” paritya etiraz bəyanatı yayıb.
Belə görünür ki, Jirayr Səfilyanın partiya siyahısı ilə parlamentə keçiriləcək seçkilərdə iştirak edə bilməyəcəyi demək olar ki, kəskinləşib.
Sonda onu qeyd edək ki, Jiray Səfilyan Livan ermənisidir. O, Livandakı vətəndaş müharibəsində emrəni dəsdtələrinin tərkibində vuruşub. Daha sonra 1990-cı ildə Ermənistana gələrək burada Azərbaycana qarşı savaşacaq əsgərlərə təlim keçib. 1991-ci ildən Dağlıq Qarabağa gələn
Səfilyan Şuşa, Xocavənd, Ağdərə, Kəlbəcər və Ağdamın işğalında iştirak edib.
Səfilyanın başçılıq etdiyi quldur dəstəsi 2016-cı ildə Ermənistanda post-patrul alayının binasnı tutub və burada olan polisləri girov saxlayıb. Nəticədə Artur Vanoyan adlı erməni polkovniki öldürülüb. Daha sonra həbs edilən Səfilyan yalnız Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra azaldığa buraxılıb.