ABŞ və Türkiyədən İdliblə bağlı ortaq fikir

Baxış sayı:
3139

ABŞ-ın Xarici İşlər Nazirliyi, dövlət katibi Mayk Pompeo və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun keçirdiyi telefon danışığına dair verdiyi yazılı açıqlamada, iki nazirin Suriya, Brunson və ikitərəfli münasibətləri müzakirə etdiyini bildirib.
 
Nazirlik, Pompeo və Çavuşoğlu görüşməsinə dair yazılı açıqlama verib. Açıqlamada bunlar qeyd edilib:
“Nazir Mayk Pompeo bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir telefon danışığı reallaşdırdı və Əsəd rejiminin İblibə edəcəyi hər hansı bir hücumunun qəbul edilməyəcəyi və Suriyadakı gərginliyi artıracağı barədə fikir birliyinə gəliblər. Həmçinin nazir (Pompeo), Türkiyənin keşiş Endryu Brunsonu azad etməsinin önəmini qeyd edib. Pompeo və Çavuşoğlu ortaq qayğılar və problemlərin həlli məsələsində danışıqların davam etməsi məsələsində anlaşıb.
Müxalifət.az