Rusiya müdaxiləyə artıq başladı - Poroşenko
29-08-2018 08:49
Baxış sayı:
544

Rusiya artıq sosial şəbəkələr vasitəsilə Ukraynada 2019-cu ildə keçiriləcək seçkilərə fəal müdaxilə edir.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın xarici diplomatik nümayəndəliklərin rəhbərlərinin müşavirəsində prezident Pyotr Poroşenko bildirib.
Poroşenkonun sözlərinə görə, o şübhələnmir ki, Moskva Ukrayna vətəndaşları arasında Avropa seçimi barədə məyusluq yaratmaq üçün heç bir imkanı əldən verməyəcək. Dövlət başçısı qeyd edib ki, Poroşenko seçki prosesinə müdaxilənin qarşısının alınması mexanizminin hazırlaması üçün başqa ölkələrdən mütəxəssisləri cəlb etməyi planlaşdırır.