Aralıq dənizində sular isinir! DONANMA YIĞINAĞI

Baxış sayı:
859

Rusiya, Suriya vətəndaş müharibəsinə müdaxilə etdiyi  2015-ci il sentyabrından bəri ən böyük döyüş gəmisi donanmasını Aralıq dənizinə gətirib. ABŞ donanmasının da Şərqi Aralıq dənizindəki sıxlığını artırdığı bildirilir..
 
Rusiyanın “İzvestiya” qəzetinə açıqlama verən Rusiya Müdafiə Nazirliyinin rəsmiləri, Rusiyanın Aralıq dənizində hazırda 9 döyüş gəmisi, 2 sualtı qayığına malik olduğunu deyib. Nazirlik rəsmiləri Rusiyanın sonrakı günlərdə Aralıq dənizinə daha çox gəmi göndərməyi planlaşdırdığını ifadə edib. "Kalibr" raketlərilə təchiz edilmiş 3 döyüş gəmisinin Dəməşq rejiminin əməliyyata başlaması gözlənilən İdlib hərəkatına dəstək verəcəyi iddia edilib.
 İzvestiyaya danışan Rusiya Müdafiə Nazirliyindəki səlahiyyətli, Rus donanmasının bölgədəki fəallığı artırmasının əsas səbəbinin İdlib hərəkatı olduğunu iddia edib. Həmin donanma gücünün bir tərəfdən Suriya dənizdən qoruyacağı, bir tərəfdən də Dəməşq rejiminin "gün saydığını dediyi İdlib hərəkatına" Kalibr" raketləri ilə dəstək verəcəyi irəli sürülüb.
Digər tərəfdən, Bəşər Əsəd rejiminin İdlibin cənubuna intensiv hərbi güc topladığı müşahidə edilir. 2011-də başlayan daxili müharibədə həlledici rayonlarda xidmət edən Pələng Birlikləri və dördüncü Tank Briqadasının da İdlib sərhədinə göndərildiyi bilinir. Suriyada Rusiya Konsensus Mərkəzindən bir heyət, İdlibdeki bəzi silahlı qrupların liderlərilə görüşüb.
 
NATO TƏSDİQLƏDİ
 
İsrail mətbuatından “Haaretz”-ə danışan NATO sözçüsü Oana Lungescu, "Rus Donanması, müasir kruz raketlərilə təchiz edilmiş bir neçə gəmi də daxil olmaqla, əhəmiyyətli dəniz qüvvələrini Aralıq dənizinə göndərib. Aralıq dənizinə sərhədi olan bir çox NATO müttəfiqi və bizim donanmamız regionda davamlı xidmət edir. Beləliklə, Rusiyanınkı də daxil bölgədəki donanma yığınağını və hərəkətləri izləyirik" deyib.
Müxalifət.az