Türkiyə dünyanı xəbərdar etdi: BU FƏLAKƏT OLAR

Baxış sayı:
6406

Daxili müharəbənin səkkizinci ilə girdiyi Suriyada, düyün Türkiyə sərhədindəki İdlibdə həll olunacaq. Yarım milyondan çox insanın ölümündən məsul olan Bəşər Əsəd rəhbərliyi, müxaliflərin əlindəki son vilayət olan şəhərə hücuma hazırlaşır.
 
İRANDAN TƏHLÜKƏLİ AÇIQLAMA
 
Suriya ordusu ilə birlikdə cəbhədə yer alan İran, İdlib əməliyyatının yaxında başlayacağını bildirib.
200-dən çox avtobusun daşıdığı əsgərlərin İdlib sərhədinə doğru irəlilədiyini bildirən  rəsmi xəbər agentliyi “Tasnim”, konvoyda tanklar və zirehli maşınların da yer aldığını bildirir. Agentliyə görə, ordu birlikləri və İranlı milislər Xama ilə İdlib arasındadır.
Rusiya və İranla birlikdə İdlibdə gərginliyi azaltma zonası yaradan Türkiyə isə, hərbi əməliyyatların fəlakətə yol açacağını bildirir. Xarici işlər naziri Mövlud Çavuşoğlu, "Bəzi radikal qrupları zərərsizləşdirmək üçün bütün İdlibə hücum etmək, yenə yüz minlərlə insanın ölümünə səbəb olmaq və 3,5 milyon insanın təkrar evini tərk etməsi deməkdir. Bu tam bir fəlakət olur, insanı faciə olur. Astana ruhunu ortadan qaldırır" deyib.
İdlibə hücum etməyin həm Türkiyənin, həm də Rusiyanın Suriya məsələsindəki etibarlılığını yox edə biləcəyini qeyd edən Çavuşoğlu, "O səbəblə, İdlibə hücum etmək əvəzinə, birlikdə nə edə, narahatçılıqları necə aradan qaldırıa və buranın sabitliyini necə qoruyacağımızı düşünmək lazımdır" deyə, bildirib.
Müxalifət.az