Elmar Vəliyev işdən niyə çıxarıldı? - SƏBƏB

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə icra başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub, ölkə başçısının digər sərəncamı ilə onun yerinə Niyazi Bayramov təyin olunub. Bu arada qeyd edək ki, N. Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu.
Muxalifet.az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncədəki bəlli hadisələrdən sonra merin dəyişdiriləcəyi ilə bağlı müxtəlif versiyalar səslənsə də, E. Vəliyevin öz vəzifəsində saxlanacağı ilə bağlı ehtimallar da var idi. Son günlər elektron KİV və sosial şəbəkələrdə onun müalicə aldığı tibb müəssisəsində özünün gəzməsi və yemək yeməsini əks etdirən video görüntülərin yayılması da sonuncu ehtimalları artırmışdı.