Gürcüstanın tətbiq etdiyi qadağa Ermənistana baha başa gələcək

Baxış sayı:
3925

Sentyabrın 1-dən Gürcüstan öz ərazisi ilə Rusiyadan Ermənistana quru yolla buğda tədarükünü qadağan edəcək.

Trend-in Ermənistan KİV-ə istinadən məlumatına görə, məhsulun daşınması yalnız Poti limanından mümkün olacaq.

Yük daşımaları şirkətləri artıq mümkün riskləri ifadə edir və problemin operativ həllini gözləmirlər.

KİV-in məlumatına görə, Rusiyadan Ermənistana buğda idxalı hava şəraitindən asılı olaraq, yalnız dəniz vasitəsilə mümkün olacaq. Bu da öz növbəsində, inflyasiyaya gətirib çıxaracaq: buğdanın bir tonunun qiyməti 50 dollara qədər artacaq. Nəticədə, kütləvi informasiya vasitələrinin qeyd etdiyi kimi, bir çox kiçik sahibkarlar işsiz qalacaqlar.