Rusiyadan güc nümayişi: 300 MİN ƏSGƏR..

Baxış sayı:
3982

Rusyada müdafiə naziri Sergey Şoyqu, ölkə olaraq 1981-dən bu vaxta qədər təşkil edəcəkləri ən böyük hərbi təlimi planlaşdırdıqlarını açıqlayıb.
 
Sergey Şoyqu, keçirəcəkləri nəhəng hərbi təlimi bu gün səhər dünyaya çatdıraraq təhdid edib.
Təxminən 300 min əsgərin iştirakı gözlənən təlimə “Vostok-2018” adının veriləcəyini bildirib.
Rusiyanın mərkəzi və şərqində keçiriləcək təlimə Rusiyanın iki dəniz donanması ilə yanaşı, bütün hava birlikləri də iştirak edəcək.
Müxalifət.az