Amerikalı qadın ölkəsini ifşa etdi

Baxış sayı:
3382

Amerikalı prodüser Carly Figueroa, köçkünləri əjdaha kimi göstərməyə çalışan irqçi Tramp düşüncəsinə qarşı zərbə xarakterində cavablar verib.
 
Təcavüz və qadına zorakılığı özləri daha çox tətbiq etdikləri halda bunu qaçqınlar, köçkünlər və Müsəlmanların üstünə ataraq yaxalarını kənara çəkməyə çalışan Tramp administrasiyasına, Amerikalı prodüser Carly Figueroadan tutarlı cavab verilib.
 
"AMERİKADA QADINLAR  TƏHLÜKƏSİZ DEYİL, DÜNYANIN ƏN PİS QANUNLARINA MALİKİK"
 
"Çöldə tək gəzən qadınlar Amerikada güvəndə deyil çünki biz, kişilərdən daha aşağı olaraq, obyektlər və ov olaraq görülürük" deyərək sözünə başlayan Figueroa, daha sonra nümunələr verməyə başlayıb. İyul ayında qaçış edərkən ortadan itən və bir ay sonra cəsədi tapılan Mollie Tibbetts nümunəsini verən prodüser, hadisənin xəbər olmasının qadına zorakılıqdan dolayı deyil, sadəcə cinayətini etiraf edən adamın ABŞ-a qaçaq girişli olmasına görə xəbər dəyəri görüldüyünü vurğulayıb. Belə ki, Tramp da məsələyə bunun üzərindən toxunmuşdu. Trampın mövzu üzərində kamera qarşısına keçib verdiyi açıqlamasında təcavüz və qadın cinayəti kimi məqamları qeyd etmək yerinə, adamın qeyri-qanuni surətdə Meksikadan gəlmiş olmasına diqqət çəkməsi də və məsələni öz irqçi siyasətinə alət etməsi Figueroanın təpkisinə səbəb olub. Tramp diqqət çəkən bu çıxışında, "Dünyadakı ən pis qanunlara malikik. Kimsənin Amerikadakı kimi qanunları yoxdur " deyə, bildirmişdi.
"Amerikada qadınlar güvəndə deyil" deyən Figueroa, qadın cinayətləri nisbətlərinə gəldikdə, "Bizim göstəricilərimiz Argentinanı iki dəfə üstələyir" deyə, qeyd edib.
 
MİQRANTLAR AMERİKALILARDAN DAHA AZ TƏHLÜKƏLİDİR
 
Miqrantların təhlükəli olduğu şəklində Trampın yaymağa çalışdığı təbliğatı son olaraq aparılan iki araşdırmanın böşa çıxardığını vurğulayan Figueroa, açıqlamalarını belə davam etdirib: " “Journal Criminology”-də aparılan bir araşdırmada qeydiyyatsız miqrantların artmasının zorakılıq cinayətlərinin əhəmiyyətli dərəcədə azalması ilə müşahidə olunduğu aşkarlanıb. “Cato” İnstitutu da qeydiyyatsız miqrantların, Amerikada anadan olanlara nisbətən 47 faiz az həbs olunduğunu ortaya qoyub.
 
AMERİKADA HƏR 1000 TƏCAVÜZCÜDƏN 6-sı HƏBS EDİLİR
 
13 yaşında bir qıza təcavüz etdiyi üçün 5 il həbsdə yatandan sonra da təcavüzlərə davam edən adam kimi nümunələr təqdim edərək, sözünə davam edən Figueroa, "Əgər Amerikada bir qadın olsanız, tanıdığınız bir adam tərəfindən öldürülmə ehtimalınız bir xarici miqrant tərəfindən öldürülmə ehtimalından 13 dəfə çoxdur. Biz, qadınları qorumayan bir hüquq sisteminə malikik. Hər 1000 təcavüz hadisəsindən yalnız 6-sı həbs edilir. Orta hesabla həbs cəzası da təqribən 3 ildir".
 Müxalifət.az