İrandan gözdağı: “BİZƏ GÜCLƏRİ ÇATMAZ”

Baxış sayı:
3541

İranın daxili işlər naziri Abdulrıza Rəhmanı Fazlı, Kirmanşah İcra Hakimiyyətində təşkil olunan Müqavimət İqtisadiyyatı Şurasının iclasında çıxışında İran ilə ABŞ arasındakı nüvə böhranı məsələsinə münasibət bildirib.
 
ABŞ ilə daha əvvəl müzakirə etdiklərini xatırladan Fazlı, "Biz bir dəfə müzakirə etdik və razılaşdıq. Biz bu sazişə sadiq qalmayan bir tərəflə yenidən müzakirə edə bilmərik" deyib.
ABŞ ilə müzakirə edə bilmələri üçün ABŞ-ın əvvəlcə İran tərəfindən qoyulan şərtləri yerinə yetirməsi lazım olduğunu qeyd edən Fazlı, "Yenidən müzakirə edilməsi üçün Əhatəli Birgə Fəaliyyət Planına (KOEP) geri qayıtmağımız lazımdır. Bütün öhdəliklərini yerinə yetirmələri və İran xalqından üzr istəmələri lazımdır. Bunlar edildikdən sonra bərabər şəraitdə danışıqlar masasına otura bilərik" deyə, söyləyib.
İranlı səlahiyyətli açıqlamalarının davamında heç kimin müzakirəyə qarşı olmadığını, İranın müzakirə üçün hər zaman hazır olduğunu, ancaq hər iki tərəfin də bir birlərinin hüququna hörmət göstərməsi lazım olduğunu vurğulayıb.
ABŞ-ın hədələyici rəftarının xoş olmadığını deyən Fazlı, "Onların davranışları hərbi bir davranışdır və daim də təhdid edirlər, ancaq qətiyyən hərbi olaraq İran ilə qarşı-qarşıya gələcək gücə malik deyillər" deyib. ABŞ-ın İran ilə qarşı-qarşıya gələcək hərbi gücə malik olmadığını vurğulayan Fazlı, "Bunun bir göstəricisi də çox uzun müddətdir ki, davam edən Suriyada və digər müxtəlif ölkələrdəki müharibələrdir" deyə, bildirib.
Müxalifət.az