Keşiş-casus Brunsonun PKK ilə təması ifşa oldu

Terror təşkilatları PKK ilə FETÖ adına cinayət törətdiyi və casusluq etdiyi iddiasıyla mühakimə olunarkən, ev həbsi qərarı ilə azad edilən Amerikalı keşiş-casus Endryu Kreyq Brunsonın mühakimə olunması mərhələsində diqqət çəkən detallardan biri, Brunsonun mənəvi oğlu olduğu iddia edilən Mohammad Ahmad adlı şəxsin fəaliyyətidir. Həm iddianamədə, həm də mühakimə prosesində "Martini Dilbirin" ləqəbini istifadə edən Ahmadın, Brunson adına YPG və PKK ilə təmas edən şəxs olduğu irəli sürülüb. Brunsonun həbs olunmadan əvvəl ətrafına "Mənəvi oğlum" deyərək tanıtdığı Mohammad Ahmadın, şəxsən Brunson və xanımı tərəfindən missioner Loes Trufflə ilə evləndiyi iddialar arasında yer alarkən, Ahmadın qardaşı "Agid" adlı şəxsin də casusluq fəaliyyətləri içində olduğu gizli şahid Sərhəd tərəfindən gündəmə gətirilib. O da kilsədə keşişdir Brunsonın həbs olunmadan əvvəl Mohammad Ahmadı Belçikaya göndərdiyi iddia edilərkən, Ahmadın İzmir Xristian Kürdlər Kilsəsinin (Dəraa Yarandan Mesihi-İzmir) fəaliyyətini "Dəraa Yarandan Məsihi Belçika" adlı kilsədə keşiş olaraq davam etdirdiyi ortaya çıxıb. Brunsonın rahibliyini etdiyi Dirçəliş Kilsəsinin, Mohammad Ahmadın şəxsi sosial media hesabından İzmir Xristian Kürdlər Kilsəsi kimi tanıdılması da diqqət çəkən detallar arasındadır. Mohammad Ahmad, sosial media hesabından keşiş Brunsonın həbs olunmasından sonra bu paylaşmanı etmiş və Brunsona sahib çıxmışdı. Belçikada "Dəraa Yarandan Məsihi Belçika" adlı kilsədə keşiş olaraq fəaliyyətlərini davam etdirən Mohammad Ahmad, ləqəbinin "Martini Dilbirin" olduğunu şəxsən öz sosial media hesabından qeyd edərkən, etdiyi paylaşmada FETÖ başçısı Fətullah Güldən "Türk din xadimi" kimi bəhs edir. ABŞ-lı keşiş Endryu Kreyq Brunson və mənəvi oğlu Mohammad Ahmad, tez-tez Suriya sərhədindəki çadır şəhərciyini ziyarət edir, birlikdə fəaliyyət aparırdılar. Şəxsi sosial media hesabında terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın fotosunu da bölüşən Mohammad Ahmad, Türkiyə və Türk Silahlı Qüvvələrinə qarşı ağır ittihamlarla da çıxış edir. Sosial media hesablarında Brunsonla çəkilmiş bir çox fotoşəkilinə yer verilən Ahmadın fotoları arasında ən diqqətçəkici olanı isə, digər adı Kürd Xristian Kilsəsi olan Dirçəliş Kilsəsi ardıcılları ilə İzmir sahillərində aparılan xaç mərasimi. Xristianlığı qəbul edən şəxslərin Egey Dənizi sularında xaç suyuna salınması Ahmad tərəfindən nəşr olunarkən, xidmət etdiyi kilsədə PKK və Kürdüstan bayraqlarını da asır. Mohammad Ahmad, keşiş Brunsonla etdiyi təyyarə səfərini da sosial mediada bölüşüb. Mohammad Ahmad, Brunsonla birlikdə bir araya gəldikləri adamların və Kürd Xristian kilsələrinin fotolarını da paylaşıb. Müxalifət.az