ABŞ nümayəndələri Türkiyəyə gəldi - Şərtlə

ABŞ Konqresinin bir qrup nümayəndəsi Türkiyəyə səfərə gəlib.
Muxalifet.az xəbər verir ki, konqresmen Maykl Törnerin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyində görüşlər keçirib.
Tərəflər F-35, S-400 və PKK terror təşkilatı ilə bağlı məsələləri müzakirə edib.
ABŞ-dan olan heyət Türkiyənin S-400 zenit-raket komplekslərindən imtina edərsə, F-35 qırıcıları ilə bağlı sanksiyaların aradan qalxacağını bildirib.
Amerikalı heyət “Münasibətlərimizin yaxşılaşmasını istəyirik, S-400-lərdən imtina edin, F-35-lər üçün maneə aradan qalxsın” mesajını verib.
Türkiyə nümayəndə heyətinə isə Osman Aşkın Bak rəhbərlik edib.
Türkiyə tərəfi ABŞ Konqresindən Türkiyəyə qarşı qəbuledilməz davranışın aradan qaldırılmasını istəyib. Türk heyət PKK ilə mübarizədə ABŞ-ın üzərinə düşən vəzifəni yerinə yetirmədiyini vurğulayıb.