“Hasilat sənayesində şəffaflıq və heabatlılıq...”

Baxış sayı:
2167

 
“Sağlam həyata doğru” EİB bu sahədə bilik və məlumatların artırılması məqsədilə tədbirlərini davam etdirir
 
Ötən həftə - 24.08.2018-ci il tarixində Şirvan rayonunda YAP-ın qərargahında “Sağlam həyata doğru” EİB AR Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat sənayesində şəffaflıq və heabatlılıq barədə bilik və məlumatların artırılması məqsədilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində rayonunun aidiyyatı dövlət idarələrinin işçiləri, təhsil, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri  və rayon sakinləri ilə növbəti dəyirmi masanı keçirmişdir. Tədbirdə Mədən sənayesi barədə tarixi məlumatlar, hesabalılıq və şəffaflıq barədə geniş məlumatlar olan  maarifləndirici bukletlər  iştitrakçılra paylanmış və müzakirə təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov açmış, qonaqları salamlayaraq mövzu ətrafında və Şirvan şəhərinin iqtisadi inkişafında mədən sənayesinin rolu barədə məlumat vermişdir. Sonra A.Hüseynov mövzu barəsində danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB-nin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova vermişdir.
S.Həsənov mədən sənayesinin tarixindən danışaraq onu 3 mərhələyə bölmüşdür 1-ci mərhələ 1900-1920-ci ilə qədər olan Çar Rusiyası, ADR-in yaranması və inkişafı dövrü, 2-ci mərhələ 1920-1991-ci il sovet işğalından sonrakı dövr və 3-cü mərhələ 1991-ci ildən bu günə qədər olan müstəqillik dövrünü əhatə edir. Müəllif hər 3 mərhələni təhlil edərək əsas iqtisadi inkişafımızın 1991-ci ildən sonra qazandığımız müstəqillik dövrünə düşdüyünü qeyd etmişdir. Neft və qaz istehsalının intensiv inkişafı, bu sektordan gələn gəlirlərin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yönəldilməsi, dövlət büdcəsinə transferlər, sosial və infrastrüktur layihələrinin həyata keçirilməsi Azərbaycan Dövlət Neft Fonduna toplanan vəsaitlərin hesabına həyata keçirilir.
Azərbaycan Mədən Sənayesində Şəffaflıq və hesabatlılıq təşəbbüslərinə 2003-cü ilin iyun ayında qoşulmuş və bu sektor üzrə aparılan bütün hasilat, nəql və satışdan gələn gəlirlər barədə illik hesabatlılıq  sistemini tətbiq edilmişdir. 2003-cü ildə yaranan bu təşəbbüsdən sonra mədən sənayesində fəaliyyət göstərən bütün transmilli şirkətlər, SOCAR və digər şirkətlər hər il öz hesabatlarını açıqlamalı və audit yoxlamaları keçirərək rəylərini təqdim etməlidirlər. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri(HSŞ) 2017-ci ildə Azərbaycanın MHŞT-dən çıxdıqdan sonra bu sektordan gələn təşəbbüslərin müstəqil olaraq davam etdirilməsi və təşəbbüsdən irəli gələn öhdəliklərin yerinə yetirilməsindən ibarətdir.
Bizim həyata keçirdiyimiz bu layihə  Azərbaycan ictimaiyyətində bilik və məlumatların artırılması, bu sektordan gələn gəlirlərdən istifadə zamanı şəffaflıq və hesabatlılığın tam təmin olunması, elecədə, ictimaiyyət nümayəndələri, ölkə gəncliyi və əhalinin digər kateqoriyalarında biliklərini artırmaqla iştirak etməklə prosesdə şəffaflığın dahada artırılmasıdır. Şirvan rayonu uzun müddət mədən sənayesi ilə məşğul olduğundan bu sahədə aparılan bütün işlər haqqında əhalinin maariflənməsi vacibdir. 2016-cı ilin hesabatına əsasən Şirvanda il ərzində 270 min ton neft və 3,7 milyon kub metr qaz hasil edillmişdir və bu sahənin inkişafında rayonun xüsusi töhvəsi var. Lakin bu sektorda şəffaflığın tam təmin olunması sahəsində müəyyən nöqsanlarda var.
Məruzəçi qeyd etdi ki, ölkədə neft və qaz istehsalından yaranan gəlirlər barədə Neft fondunun saytı vasitəsilə hər il illik hesabatlar təqdim olunur, lakin insanları maarifləndirmək, dərc olunan hesabatları onlara çatdırmaq və layihələrin icrası zamanı mənimsəmə və korrupsiya hallarının qarşısını almaq üçün vətəndaş cəmiyyətləri üzvləri və ölkə əhalisinin məlumatlı və aktiv olmaları çox vacibdir. Bu sektor haqqında biliklərin artırılması ölkənin inkişafına dəstək ola bilər və nəticədə daxil olan gəlirlər hesabına insanlarımız daha yaxşı yaşaya bilər.
Tədbirdə layihənin eksperti kimi iştirak edən Tələt Qəribov çıxış edərək qeyd etdi ki, Azərbaycan hökuməti Mədən sənayesində şəffaflıq və hesabatlılıq(MHŞT) təşəbbüsünə qoşulmaqla üzərinə müəyyən öhdəliklər götürmüşdür. Bu öhdəliklərin yerinə yetirilməsində xeyli işlər görülmüş və hesabatlılıq sistemi tətbiq edilmişdir. Lakin bu sahədə ən çox çatışmazlıq əhalinin maariflənməsini və biliklərinin artırılması və məlumatlardan istifadə etməklə şəffaflıq təşəbbüslərinə qoşulması sahəsində xeyli problemlər var. Bu gün iştirak etdiyimiz bu Şirvan şəhərində əsas gəlir sahələrinin neft və qaz olduğunu nəzərə alaraaq əhalinin maariflənməsi çox zəif aparılır və layihə bu istiqamətdə mühüm işlər görəcəkdir. HSŞ təşəbbüsünün daha səmərəli olması üçün əhalinin geniş tərkibinin bu müzakirələrə qoşulması, hesabatları diqqətlə oxuması və təkliflər verməsi iqtisadi inkişafı davamlı və dayanıqlı edə bilər. Azərbaycan əhalisinin bu proseslərdə zəif iştirak etməsi və müzakirələrə qoşulmaması bu gəlirlərdən maliyyələşən layihələrin həyata keçirilməsi zamanı hesabatlılıqda tam şəffaflığın olmamasına səbəb olur.  Azərbaycan Prezidentinin 05 aprel 2017-ci ildə HSŞ-la bağlı verdiyi  sərəncamın  müvafiq bəndlərində insanların iştirakının vacibliyi və hökumətlərin bunları etməyə borclu olduğu xüsusi olaraq qeyd edilir.
Tədbirdə Şirvan Gənclər evinin nümayəndəsi gənc Natiq Əliyev çıxış edərək bir sıra suallarla layihə rəhbərliyinə müraciət etmişdir. N.Əliyev qeyd etmişdir ki, bu sektordan gələn gəlirlərin Azərbaycanın iri şəhərlərində o cümlədən Şirvan şəhərindədə yeni istehsal sahələrinin açılmasına yönəldilməsi çox yaxşı olardı.
Müzakirələr zamanı Şirvan şəhər H.Əliyev mərkəzindən Zülfiyyə Cavadova, 5-saylı məktəbdən Aytən Əliyeva, Şirvan MX-dan Kəmalə Quliyeva, RİH-nin nümayəndəsi A.Hüseynov  çıxış edərək Mədən sənayesində aparılan işlər, hesabatlılıq və şəffaflıq, həmçinin Şirvan şəhərində görülən işlər barədə öz fikirlərini və təkliflərini iştirakçılarla bölüşdülər.
Müzakirələr və layihə rəhbərliyinə ünvanlanan suallara cavabların verilməsi iştirakçıların yüksək aktivliyi şəraitində keçmişdir.