​Kiyevdən Kremli hiddətləndirəcək addım

Baxış sayı:
4891

Ukraynada Müstəqillik günü münasibətilə keçirilən hərbi paradda əsgərlər ABŞ və İngiltərə bayraqlarını dalğalandırıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.
Ukraynan Prezidenti Pyotr Poroşenkonun iştirak etdiyi rəsmi mərasimdə ABŞ və İngiltərə bayraqlarının olması ölkədə böyük maraqla qarşılanıb.
Krım böhranından sonra Rusiya ilə münasibətləri pozulan Ukranya ilə bağlı Kreml hələlik heç bir açıqlama verməyib. Kremlin bu məsələyə münasibət bildirməməsi isə iki ölkə arasında yaşanacaq yeni gərginliyə işarət kimi qiymətləndirilib.