Trampın köməkçisi: Türkiyənin tək çıxış yolu var
24-08-2018 08:23
Baxış sayı:
3160

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin maliyyə böhranı və digər problemlərdən yaxa qurtarmasının yollarını göstərib.
Muxalifet.az xəbər verir ki, C.Boltona görə, Türkiyədə rahib Endryu Bransonu azad etməklə böhrandan tam xilas ola bilər.
Qeyd edək ki, Türkiyə tərəfindən terror fəaliyyətində suçlanan Endryu Bransonun həbsilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Bu sanksiyalar nəticəsində türk lirəsi kəskin ucuzlaşıb.