Moskvada gərgin anlar: 2 polisə atəş açıldı
23-08-2018 23:55
Baxış sayı:
2143

Rusiyanın paytaxtı Moskvada, diplomatik nümayəndəliklərin yerləşdiyi Svitsek Vrajev küçəsində xidmət aparan 2 polis əməkdaşı naməlum şəxsin silahlı hücumuna məruz qalıb.
Muxalifet.az xəbər verir ki, olay nəticəsində bir polis yüngül yaralanıb, digər polisin açdığı cavab atəşi ilə cinayətkar ağır xəsarət alıb.
Yaralı cinayətkarın saxlanıldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.