İsrail problemlərin həllini təhlükəyə atır - AB
23-08-2018 21:31
Baxış sayı:
1969

İsrailin İordan çayının qərb sahilində iki mindən çox yeni yaşayış sahəsi salma planı iki dövlət arasındakı problemlərin həllini təhlükəyə atır.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Avropa Birliyinin Beynəlxalq Əlaqələr Komitəsi (AB) yayıb.
Məlumata görə, açıqlamada bu planın beynəlxalq hüquq normalarını pozduğu bildirilib.
Həmçinin bəyanatda Avropa Birliyinin tərəflərlə dialoqu davam etdirəcəyi və müzakirələrin təkrar başladılması üçün səy göstərəcəyi bildirilib.