Rusiyan rublu ucuzlaşmağa davam edir - SANKSİYALARA GÖRƏ
23-08-2018 15:28
Baxış sayı:
2227

Rusiyanın milli valyutası - rublun məzənnəsi dollar və avroya nisbətdə ucuzlaşmağa davam edir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Moskva birjasında dolların məzənnəsi 84 qəpik qalxaraq 68,87 rubl, avronun məzənnəsi isə 67 qəpik artaraq 79,57 rubl təşkil edib.
Eyni zamanda ABŞ-ın milli valyutası Rusiyada ilin əvvəlində qeydə alınan ən yüksək göstəricini üstələyib.
Rublin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının fonunda öz dəyərini itirdiyi bildirilir.