​Çindən ABŞ-a 16 milyardlıq zərbə: bu gündən...

Baxış sayı:
2782

Çinin 16 milyard dollar dəyərində ABŞ məhsullarına 25 faizlik əlavə gömrük rüsumu qərarı bu gündən qüvvəyə minib.
Muxalifet.az xəbər verir ki, Çin hökuməti ABŞ-ın etdiyi həmlələrdən sonra cavab tədbirləri görməyə məcbur olduğunu açıqlayıb.
Açıqlamada Çinin sərbəst ticarəti və ticarət sistemini qoruyacağı, ABŞ-ın əlavə vergi həmləsinə qarşı isə Dünya Ticarət Təşkilatının anlaşmazlıqların həlli mexanizminə müraciət ediləcəyi bildirilib.