İŞİD Praisdə dəhşət törətdi: Ölən və yaralananlar var
23-08-2018 14:27
Baxış sayı:
1837

Fransanın paytaxtı Parisdə naməlum şəxslər bıçaqla kütlənin üzərinə hücum edib.
Hadisə şəhərin Trappes bölgəsində qeydə alınıb.
Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Polisin aksiyanı həyata keçirənlərdən birini zərərsizləşdirdiyi bildirilir.
"Reuters" agentliyi isə İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yayıb.