ABŞ ərəb ölkələrinin pullarını ələ keçirəcək? - 2 TRİLYON DOLLAR HƏDƏFDƏ

Baxış sayı:
1888

Muxalifet.az xəbər verir ki, Tramp hökumətinin növbəti hədəfinin ABŞ-da təqribən 2 trilyon dollar sərmayəsi olan körfəz və ərəb ölkələrinin olduğu güman edilir. Son dövrdə Amerika hakimiyyəti ilə isti münasibətlər qurmuş Səudiyyə Ərəbistanı hökumətinin ABŞ-da 900 milyard dollara yaxın sərmayəsi olduğu bildirilir. Hazırda silah şirkətləri tərəfindən dolayı istismar edilən ərəb varidatının birbaşa olaraq ABŞ-ın əlinə keçirilə biləcəyi güman edilir.

Trampın 2017-ci ilin may ayında Riyada səfəri zamanı Qətərə qarşı blokada siyasətini dəstəkləmək şərti ilə yüz milyard dollara yaxın məbləğdə silah müqaviləsi bağladığı bəyan edilmişdi.

11 sentyabr şantajı

Bəlli olduğu kimi, ABŞ-da başlanan 11 sentyabr məhkəməsi nəticəsində hücumlarda həlak olanların yaxınları ilə Amerika sığorta şirkətləri “Əl-Qaidə”yə dəstək verdikləri ittihamı ilə Səudiyyə Ərəbistanından və bəzi Səudiyyə fondlarından təzminat tələb edə bilərlər. Bu qərar nəticəsində Səudiyyə hökumətinin ABŞ-dakı sərmayəsi təhdid qarşısında qalır. Mütəxəssislər Vaşinqtonun bu qərardan Səudiyyə vəsaitlərini ələ keçirmək bəhanəsi ilə istifadə edə biləcəyini bildirirlər.

“Borcumuzu onlar ödəyəcək”

Tramp 2016-cı ildə seçki kampaniyası zamanı Floridadakı çıxışında ərəb sərmayəsini açıq-aşkar hədəfə almışdı. O, körfəz ölkələrindən danışarkən “onların puldan başqa heç nələri yoxdur” və “19 trilyon dollar borcumuzu körfəz ölkələri ödəyəcəklər. Onlar bizsiz yox kimidirlər”, - deyə təhdid eləmişdi.