​“Keşişi verin, böhran dərhal sona çatsın” - TRAMPIN MÜŞAVİRİ

Baxış sayı:
1726

Muxalifet.az xəbər verir ki, Türkiyəni iqtisadi məngədə sıxmaq istəyən ABŞ ruhdan düşməyə başlayıb. Vaşinqton keşiş Endrü Bransonun təhvil veriləcəyi təqdirdə iqtisadi oyunları bitirməyi vəd edib.
Türkiyə ilə ABŞ arasında keşiş Endrü Bransonun qaytarılması mübahisəsi ilə başlayan və ardından Vaşinqtonun iqtisadi hücuma çevirdiyi siyasi gərginlik yerini mübahisəli bir siyasi spekulyasiyaya verib. Türkiyədəki məhkəmə müstəqilliyinə qarşı çıxan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton deyib: “Türkiyə NATO müttəfiqi, Qərbin bir parçası olaraq keşiş Bransonu qeyd-şərtsiz sərbəst buraxarsa, böhran dərhal sona çatar”. Bundan əvvəl Amerikanın səlahiyyət sahiblərinin verdiyi açıqlamalarda “Branson azadlığa çıxsa belə, problem həll oluna bilməz” deyilmiş, ABŞ prezidenti Trampdan gələn təhdidlər isə bitib-tükənməmişdi. Con Boltonun yeni açıqlaması ilə “ABŞ dil dəyişdirdi” şərhlərinə səbəb olub.