İndoneziyadakı zəlzələlər 483 nəfəri öldürüb
21-08-2018 09:04
Baxış sayı:
6643

İndoneziyanın Lombok adasında iki həftədə baş verən zəlzələlərdə ölənlərin sayı 483 nəfərə çatıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Təhlükəsizlik Nazirliyinin rəsmisi Qarri Hikmət etdiyi yazılı açıqlamada bildirib.
Açıqlamada, avqust 5-də adada baş verən 7 bal gücündə zəlzələdə ölənlərin sayının 471 olduğu, dünən 6,3 və 6,9 bal gücündə ardıcıl iki zəlzələdə isə 12 nəfərin həyatını itirdiyi bildirilir.
Lombok adasında 15 gündə 800-dək zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 minə qədər binaya ziyan dəyib.
Adada axtarış xilasetmə işləri davam edir. Ölü sayının çox olacağı bildirilir.