Ermənistanın sabiq baş nazirinin sürücüsü də tutuldu
20-08-2018 18:43
Baxış sayı:
3814

Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın sürücüsü Ambik Gevorkyana qarşı ittiham irəli sürülüb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, o, qanunsuz odlu silah saxlamaqda günahlandırılaraq həbs olunub.
A.Gevorkyana 2008-ci il martın 1-də Yerevan şəhərində 32 nəfərin həlak olması ilə yadda qalan hadisələrlə bağlı cinayət işi açılıb.
Onun evində axtarışlar zamanı 3 zirehli texnika, 7 snayper, 2 tapança və çoxlu sayda sursat aşkar edilərək götürülüb.
Xatırladaq ki, bundan əvvəl Ovik Abramyanın qardaşı, keçmiş millət vəkili Henrix Abramyan qanunsuz silah saxlamaq ittihamı ilə saxlanılıb.