PKK-dan TÜRK ORDUSUNA HÜCUM: Bir əsgər yaralandı
24-07-2018 14:38
Baxış sayı:
4300

Türkiyənin Şırnak bölgəsinin Güclüqonaq mahalında PKK terrorçuları axtarış-yoxlama fəaliyyətini icra edən təhlükəsizlik qüvvələrinə hücum edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, hücum nəticəsində türk ordusunda xidmət aparan bir çavuş yaralanıb. Yaralı hərbçi helikopterlə xəstəxanaya çatdırılıb.
Təhlükəsizlik orqanlarının cavab atəşi ilə bölgədə şiddətli atışma başlayıb. Bölgəyə helikopterlər vasitəsilə əlavə qüvvələr cəlb olunub. Qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başladılıb.