Çavuşoğludan Kiprə sərt xəbərdarlıq: Biz də başlayarıq
24-07-2018 11:31
Baxış sayı:
4021

Türkiyə Kiprlə bağlı əngəlləmə siyasətini davam etdirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bizim də platformalarımız var və qazıntı işlərinə başlaya bilərik. Əgər payızda onlar başlasalar, biz də başlayarıq. ENİ şirkətinə əngəl olduq. Son 3 ildə italyanlara və ENİ şirkətinə “burada bu işə girməyin, türk tərəfinin haqları təmin edilmədən buna icazə verilməyəcək” mesajını verdik. Əlbəttə, davamlı şəkildə əngəlləmək doğru deyil. Əgər onlar təktərəfli addımlar atsalar, bu dəfə biz də orada işlərə başlayacağıq”, - XİN rəhbəri bildirib.