İki Müsəlman elm adamı ölü tapıldı! - TƏXRİBAT

Əlcəzairdə yaşayan iki Fələstinli alim yaşadıqları mənzildə ölü tapılıb. Elm adamlarının Mossad tərəfindən sui-qəsd nəticəsində öldürüldüyü qeyd edilir. İsrail kəşfiyyatı, ötən aprel ayında Fələstinli elektrik mühəndisi Fadi el-Batşı Malayziyada qətlə yetirmişdi.
Fələstinli elm adamlarına qarşı sui-qəsdlərə bir yenisi əlavə olunub. Əlcəzairdə yaşayan iki Fələstinli alimin yaşadıqları mənzildə ölü tapılmasına münasibət bildirən Fələstinli qaynaqlar, elm adamlarının sui-qəsd qurbanı olduğunu açıqlayıb.
Əlcəzairli mənbələr isə, Süleyman əl Ferra və Məhəmməd el-Benna adlı iki Fələstinlinin öldürülməsinin "qaz zəhərlənməsi" nəticəsində olduğunu açıqlamışdı.
NEW YORK TİMES: ÖLDÜRÜLMƏ ƏMRİNİ MOSSAD VERİB
“The New York Times” qəzeti kəşfiyyat mənbələrinə əsaslandırdığı xəbərində, Fadi el-Batşa qarşı sui-qəsd əmrini şəxsən Mossadın sədri Yossi Koenin verdiyini bildirib. Yaxın Şərq ölkələrinə bağlı kəşfiyyat qurumlarının da təsdiqlədiyi sui-qəsdin, Mossadın, Fələstində İslami müqavimət hərəkatı “Həmas”a qarşı zorakılıq siyasətinin ən son halqası olduğu vurğulanır.
MOSSAD ELM ADAMLARINA NİYƏ SUİ QƏSD EDİR?
Mossadın “Həmas”a yaxınlığı ilə bilinən mühəndis və elm adamlarını hədəf alaraq, xarici ölkələrdən "know-how" transferi etməsini və inkişaf etmiş texnologiyaya malik olmalarına əngəl olmağı hədəf seçdiyi qeyd edilir.
Qeyd edək ki, Mossad, 2016-nın dekabrında “Həmas” üzvü Tunisli mühəndis Məhəmməd Zavariyi sui-qəsd təşkil edərək öldürmüşdü.
Müxalifət.az