​ “Sağ olsun Ermənistan ki, bizə haranı azad etməli olduğumuzu göstərir...” - Polkovnik

Baxış sayı:
6439

Azərbaycan Müdafiə Nazirliyi Arsrun Hovannisyanın iddialarına cavab verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlamasında bildirib ki, bu üsulla Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi "Google Earth" vasitəsilə planetin hər hansı bir nöqtəsinin görüntüsünü çəkərək, onu erməni ictimaiyyətinə təqdim edə bilər: "Eyni yolla da, erməni ordusunun göstərilən ərazini öz nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür. Bu gün hətta məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər. Zarafatı bir kənara qoysaq, afərin Arsruna ki, bizə növbəti dəfə haranı azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib".
Xatırladaq ki, Arsrun Hovannisyan bu günlərdə öz Feysbuk səhifəsində paylaşdığı fotoları erməni mövqelərindən özünün çəkdiyini, həmçinin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia edib.