Bilgəh bağlarında intihar hadisəsi
23-07-2018 11:15
Baxış sayı:
3685

Bakı şəhərinin Sabunçu rayonunda intihar hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, Bilgəh bağlarında həyət evində yaşayan 1965-ci il təvəllüdlü İmanov Fikrəddin Məlikheydər oğlu özünü asaraq intihar edib. Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Bildirilir ki, 53 yaşlı F.İmanovun əsəb sistemində problemlər varmış.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.