Almaniya Millisindən ayrılan Mesut Özilə Türkiyədən dəstək
23-07-2018 07:40
Baxış sayı:
3661

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül, Məsud Özilin Almaniya Milli Komandadan ayrılaraq faşizm virusuna qarşı ən gözəl qol vurduğunu bildirib.
Gül, Twitter hesabından Türk əsilli alman futbolçu Özilin Almaniya Milli Komandasından ayrılması ilə bağlı mesaj yazıb.
Nazir Gül, "Almaniya Milli Komandasından ayrılaraq faşizm virusuna qarşı ən gözəl qolunu vuran Məsud Özili təbrik edirəm. Yolun, bəxtin açıq olsun" deyə, tvitter hesabında dəstək mesajı yazıb.
Müxalifət.az