Kabildə partlayış: 9 ölü
22-07-2018 21:01
Baxış sayı:
2701

Əfqanıstanın paytaxtı Kabildə hava limanında törədilən partlayış zamanı 9 nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum bildirib.
Dostum qeyd edib ki, partlayış Həmid Kərzayi adına hava limanında, yerli vaxtla saat 17:00-da törədilib.
Telekanalın məlumatına görə, yerli vaxtla saat 16:30-da hava limanına gələn vitse-prezident dərhal özünün avtomobilinə minib və təhlükəsizlik orqanları əməkdaşlarının müşayiəti ilə aeroportdan uzaqlaşıb. Bu zaman o, partlayış səsi eşidib.
Telekanalı məlumatlandıran mənbənin sözlərinə görə, partlayıcı qurğunu terrorçu kamikadze işə salıb. Dostumin müşayiət edən şəxslərdən heç biri hadisə zamanı xəsarət almayıb.