​Cəlilabadda yol qəzası: iki qardaş öldü

Baxış sayı:
2800

Cəlilabadda ağır yol qəzası baş verib.
“Report” bildirir ki, hadisə bu gün səhər saatlaraında Ələt-Astara magistralının Cəlilabad rayonundandan keçən hissəsində qeydə alınıb. “Mersedes” markalı minik maşınının pomidor yüklü motosikletə çırpılması nəticəsində Masallı rayon Köçərli kənd sakinləri - Tural və Yalçın Mirzəyev qardaşları ağır xəsarət alıblar. Onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişiblər.
Faktla bağlı araşıdrma aparılır.