ABŞ-da girov götürmə böhranı: ƏVVƏLCƏ NƏNƏSİNİ GÜLLƏLƏDİ...

Baxış sayı:
2572

ABŞ-ın Kaliforniya ştatının Los Ancelos şəhərində nənəsini silahla yaralayan bir adam polis təqibindən qaçarkən supermarketdə olan adamları girov götürüb. 1 nəfərin öldüyü və 2 saat sürən girovalma böhranında təcavüzkar təslim olub.
 
ABŞ-ın Los-Ancelos şəhərində meydana gələn hadisədə polisdən verilən məlumata görə, nənəsi olduğu anlaşılan bir qadını silahla yaralayan və onun yanındakı bir qadını da silahla girov alan 28 yaşındakı bir adamın, daha sonra nənəsinə məxsus avtomobillə qaçmağa çalışdığı qeyd olunub.
 
2 SAAT SONRA TƏSLİM OLDU
 
Açıqlamada, supermarketdə 40 - 50 nəfər olduğu təxmin edilən müştəri və əməkdaşı təxminən 2 saat girov götürən təcavüzkar, sonda özünü qandallayaraq təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.
 
NƏNƏSİNİN VƏZİYYƏTİ KRİTİKDİR
 
Bədənində 7 güllə yarası olduğu müəyyən edilən nənənin isə vəziyyətinin kritik olduğu bildirilib.
 
POLİS Mİ VURDU, TƏCAVÜZKAR MI?
 
Supermarketdə həyatını itirən qadının təcavüzkar, yoxsa polis tərəfindən vurulduğu qeyri müəyyən olduğu üçün bunu ekspertiza müəyyən edəcək.
Müxalifət.az